Fiscus Iudaicus və ya Judaicus (latın dilində – "yəhudi vergisi") — b.e. 70-ci ildə Yerusəlim və onun məbədi məhv edildikdən sonra Roma imperiyasında yəhudilərə tətbiq edilən vergi. Gəlirlər Romadakı Kapitoli məbədinə yönəldilmişdir.[1] Bu vergi 71-ci ildən III əsrin əvvəllərinə qədər tətbiq edilmişdir.[2] Bu, orta əsrlərdə Almaniya imperatorları tərəfindən opferpfenniq (qurban pfenniqi) adı ilə yenidən canlandırılmışdır.[3]
Vergitutma tədbiri Romanın maliyyə vəziyyətini yaxşılaşdırmış və eyni zamanda prozelitizmə qarşı bir maneə rolunu oynamışdır. Vergi ödəyənlər Roma tanrılarına qurban kəsmək məcburiyyətində azad olmuşdular.[1]
© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search